“JN.1” koronavirusunun yeni variantı bütün dünyada sürətlə yayılmağa başlayıb.
Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Həkimlərin fikrincə, yeni subvariant “pirol” subvariantından yaranıb. “JN.1”in sürətlə artan yayılması səbəbindən ÜST onu BA.2.86 ana nəsildən ayrı variantı (VOI) kimi təsnif edib.
Açıqlamada “JN.1 çox sürətlə yayılır və Şimal yarımkürəsində qış yaxınlaşdıqca, yoluxmaların artmasına səbəb ola bilər” vurğulanır.
Beləliklə, yeni ştam ABŞ və Sinqapur da daxil olmaqla bir neçə ölkədə aktiv şəkildə yayılır. Hindistanda da yüzdən çox “JN.1” hadisəsi müəyyən edilib.
Eyni zamanda, ÜST yeni variantın planet üçün qlobal risk olmadığını bildirib. Həkimlər əmindirlər ki, mövcud vaksinlər ağır xəstəliklərdən qorunmağa davam edir.