Koronavirusun  üç yeni əlaməti   AÇIQLANDI
10 oktyabr 2022 09:09 (UTC +04:00)

Koronavirusun üç yeni əlaməti AÇIQLANDI

Koronavirus yeni əlamətlərlə özünü göstərməyə başlayıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, infeksiyaya yoluxmuş xəstələr eşitmə itkisi, qulaqlarda səs-küy və ya başgicəllənmədən əziyyət çəkdiklərindən şikayətlənirlər.

Ekspertlərin bu qənaətləri koronavirusa yoluxmuş 2,6 milyon britaniyalı arasında apardıqları sorğuya əsaslanır və onların əlamətləti barədə danışıblar.

İngiltərədə hazırda hər 60 nəfərdən 1-i xəstədir. Çox insan bilir ki, indi boğaz ağrısına və hərarətə diqqət yetirmək lazımdır. Ancaq qoxu itkisinə indi çox nadir rast gəlinir. 

“İndi virusun əlamətləri qulaq infeksiyasıdır”, - ekspertlər xəbərdarlıq edir.

Eyni zamanda, ekspertlər qeyd ediblər ki, əgər boğazınız ağrıyırsa və asqırırsınızsa, bu, təhlükəli deyil və sizdə koronavirus yox, soyuqdəymə ola bilər.

Buna baxmayaraq, bir neçə gün ərzində kəskin boğaz ağrısından əziyyət çəkirsinizsə, koronavirus üçün test etmək tövsiyə olunur.

"Unutmayın ki, yoluxma halında özünüzü təcrid etməli və insanlarla təmasda olmamalısınız. İnsanların çox olduğu yerlərdə maska taxmağı unutmayın", - həkimlər xatırladıblar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Oxşar yazılar