Koronavirusdan sağalanlara  XƏBƏRDARLIQ:  Ölüm riski qalır
25 aprel 2021 16:45 (UTC +04:00)

Koronavirusdan sağalanlara XƏBƏRDARLIQ: Ölüm riski qalır

Amerikalı alimlər xəbərdarlıq edirlər ki, COVID-19-dan ağırlaşmaları olan xəstələr sağaldıqdan sonra öz sağlamlığına diqqətlə yanaşmalıdırlar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, məsələ ondadır ki, hətta xəstəxanadan çıxandan sonra sağalanların 6 ay ərzində xəstəliyin nəticələrindən ölmək riski qalır.

Ekspertlər koronavirusdan sonra bərpa olunan 87 min xəstənin sağlamlıq vəziyyətini təhlil ediblər.

Beləliklə, koronavirus infeksiyasının səbəb olduğu böhranın keçməsindən sonra belə, xəstəliyin nəticələri bədənin bütün sistemlərində müşahidə edilib.

Həkimlərin məlumatına görə, yarım il ərzində ölüm riski 60 faiz səviyyəsində saxlanılır.

Eyni zamanda həkimlər belə bir nəticəyə gəliblər ki, bu fenomen xəstəliyi yüngül formada keçirənlərə də şamil edilir.

Bir qayda olaraq, belə bir vəziyyətdə ekspertlər "uzun COVID" termini işlədirlər.

Həmçinin məlum olub ki, müasir statistikanın məlumatlarına xəstəliyin uzunmüddətli nəticələrinə ölüm halları daxil edilmir.

Beləliklə, infeksiya qurbanları haqqında məlumatlar yalnız aysberqin görünən tərəfi ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7956
avatar

Oxşar yazılar