Koronavirusdan ölümün əsas səbəbi  AÇIQLANDI
01 dekabr 2025 14:57 (UTC +04:00)

Koronavirusdan ölümün əsas səbəbi AÇIQLANDI

0

Amerikalı tədqiqatçılar koronavirus infeksiyası zamanı ölüm hallarının əsas səbəbini izah edən yeni hipoteza irəli sürüblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət süni tənəffüs aparatına qoşulan xəstələrdən gedir. Uzun müddət həkimlər bu kateqoriyada ölüm nisbətinin niyə yüksək olduğunu tam dəqiqliklə izah edə bilmirdilər.

Yeni tədqiqatlar səbəbi aydınlaşdırıb

Son araşdırmalar göstərib ki, reanimasiyaya düşən COVID-19 xəstələrinin əksəriyyətində artıq xroniki ağciyər xəstəlikləri mövcud olub. Koronavirusla yoluxma bu xəstəlikləri kəskinləşdirib və xəstələrin vəziyyətinin sürətlə pisləşməsinə səbəb olub.

Alimlərin sözlərinə görə, əsas risk faktorlarından biri pnevmoniyanın inkişafı olub. Qeyd edilir ki, pnevmoniya hətta süni tənəffüs aparatı ilə dəstəklənən xəstələrdə belə yaranıb.

Aparata qoşulmuş xəstələrdə əlavə risklər də meydana çıxıb. Xüsusilə, bir çox xəstədə ikinci dərəcəli bakterial infeksiyalar inkişaf edib və xəstənin koronavirusdan zəifləyən orqanizmi bu infeksiyalarla mübarizə apara bilməyib.

Həkimlər bildirirlər ki, fon xəstəliklərinin kəskinləşməsi, virus və bakterial pnevmoniya çox vaxt ölümə gətirib çıxaran əsas səbəblər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar