Koronavirusdan ölənlərin sayı artdı -  SON STATİSTİKA
05 noyabr 2022 16:33 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı artdı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 254 nəfər müalicə olunaraq sağalıb, 9 955 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

Ölkədə son sutka ərzində 1 961, hazırkı dövrədək isə 7 331 317 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2385
avatar

Oxşar yazılar