Koronavirusdan daha  5 nəfər öldü   - SON STATİSTİKA
13 yanvar 2023 16:35 (UTC +04:00)

Koronavirusdan daha 5 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 228 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 647 nəfər müalicə olunaraq sağalıb, 10 042 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.

Ölkədə son sutka ərzində 1 633, hazırkı dövrədək isə 7 453 564 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Oxşar yazılar