Koronavirusa yoluxdu: 5 dəfə dəfninə hazırlaşdı...
24 iyun 2021 19:20 (UTC +04:00)

Koronavirusa yoluxdu: 5 dəfə dəfninə hazırlaşdı...

İngiltərənin Bristol şəhərində yaşayan 72 yaşlı Dav Smitin 10 aydan çox müddətdə koronavirus infeksiyası keçirdiyi ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı Smit, həyat yoldaşı ilə birlikdə beş dəfə öz dəfn məclisinə hazırlıq görüb. O ilk dəfə 2020-ci ilin may ayında koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dav Smit xəstəliyinin artıq 10 aydan çox müddətdir davam etdiyi bildirib.

“Koronavirus epidemiyasının ilk dalğasında, bir çox insan kimi mən də virusa tutuldum. Çox ümidli idim ki, elə mən də onlar kimi bu xəstəlikdən sağalacağam. Amma bədənimə girən bu virus çıxmaq bilmədi. Artıq koronavirusdan qurtulma ümidimi itirmişdim. Buna görə də həyat yoldaşımla birlikdə 5 dəfə dəfn məclisi planlaşdırmaq məcburiyyətində qaldıq”.

Xəstəliyi hər dəfə ağırlaşanda, xəstəxanaya yerləşdirilən Dav Smit ailəsini yanına çağırıb və onlarla vidalaşıb. Hazırda səhhətində heç bir problem olmayan, nəhayət koronavirus testinin mənfi çıxmasına nail olan 72 yaşlı təqaüdçü bütün ailəsini yanına çağıraraq onlara həyəcan yaşatdığına görə üzr istəyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar