Koronavirus xəstələri uzun müddət qoxuları qarışdıra bilərlər
30 dekabr 2020 19:41 (UTC +04:00)

Koronavirus xəstələri uzun müddət qoxuları qarışdıra bilərlər

“Uzunmüddətli koronavirus"dan sağalmış insanlar parosmiyanın təsirlərindən birini - pis qoxu qəbulu adlandırıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, belə xəstələrin sözlərinə görə, məsələn, balıq qoxusu onlar üçün iyrənc idi. Həm də "şirin xoşagəlməz qoxudan" danışıblar.

Professor Nirmala Kumaranın fikrincə, bu təsir SARS-CoV-2-nin nörotrofik virus - sinir hüceyrələrini zədələyə bilən bir virus – olması ilə izah etmək mümkündür. Bu damaqdakı sinirlərə təsir edir. Bu da sinir sistemi üçün şokdur.

Qoxu pozğunluğu olan insanları dəstəkləyən AbScent təşkilatının mütəxəssisləri bu cür insanlara gündəlik idman etmələrini tövsiyə edirlər - gül, qərənfil və limonun ətirlərini 20 saniyə iyləyin.

Onların sözlərinə görə, bu funksiyanın bərpasını sürətləndirəcək.

"Uzunmüddətli koronavirus" termini diaqnozdan sonra həftələr və ya aylar davam edən bir xəstəliyin təsirlərini təsvir edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Oxşar yazılar