Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun heç vaxt yox olmayacağını açıqlayıb.
Lent.az xəbər verir ki, bunu ÜST-ın icraçı direktoru Mayk Rayan deyib. O, bunun yalnız nəticələri ilə məşğul olmağın mümkün olacağını vurğulayıb:
“Siz yalnız onun nəticələri ilə mübarizə apara bilərsiniz, çünki onun heyvanlardan insanlara ötürülmə üsulları virusu tamamilə aradan qaldırmağa imkan verməyəcək”.
Bir gün əvvəl ÜST-nin baş direktoru Tedros Qebreyesus təşkilatın pandemiya koronavirus infeksiyası statusunu ləğv etdiyini açıqlamışdı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 pandemiyasının başlanmasından bəri dünyada 765,2 milyon Covid-ə yoluxma halı qeydə alınıb və 20 milyondan çox insan bu xəstəliyin öhdəsindən gələ bilməyib.