Şokolad sağlamlıq üçün fayadlıdır - tərkibində sinir hüceyrələrini zədələnmədən qoruyan bir birləşmə var.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu nevropatoloq Aleksandra Alyoxina deyib.
Bununla belə, ekspert ən azı 70 faiz kakao olan tünd şokoladın faydalı olduğunu vurğulayıb. Südlü və ağ şokoladın eyni sağlamlıq faydası yoxdur.
"Tünd şokoladın tərkibində qan axınını yaxşılaşdıran və qan təzyiqini aşağı salan flavonoidlər var ki, bu da insult riskini azalda bilər", - həkim deyib. O əlavə edib ki, flavonoidlər hüceyrələri zədələnmədən və iltihabdan qoruyan antioksidantlardır. “İltihab damar divarlarının qalınlaşmasına və sərtləşməsinə səbəb ola bilər ki, bu da insult riskini artırır. Flavonoidlər də qan damarlarını rahatlamağa kömək edir ki, bu da qan axını yaxşılaşdırır və təzyiqi aşağı salır”, - nevroloq bildirib.
Mütəxəssis xatırladıb ki, yüksək qan təzyiqi və yüksək xolesterin səviyyəsi düzgün olmayan qidalanma və idman azlığından yarana, insult riskini artıra bilər.