Alimlər infarktdan bir gün öncə orqanizmdə hansı əlamətin ortaya çıxmasını araşdırıblar. Bu əlamətləri bilmək infarktın qarşısını almağa kömək edə bilər.
Lent.az xəbər verir ki, ABŞ-ın Smidt Ürək İnstitutunda aparılan araşdırmalar zamanı infarktın bir gün əvvəldən “siqnal verdiyi” üzə çıxıb. Məlum olub ki, infarktdan əvvəl qadınlarda nəfəs darlığı, kişilərdə isə döş qəfəsində ağrı hiss olunur.
Hər iki cinsdə görülən, lakin digərləri qədər olmayan əlamətlər isə budur - qıcolma və anormal tərləmə.