İnək südü tərkibindəki kozein adlı maddə sayəsində açıq yaraları sağaltmaq xüsusiyyətinə malik imiş.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Kaliforniya Universitetinin alimləri məlumat yayıblar.
Araşdırmaların nəticələri “Journal of The Royal Society Interface” jurnalında dərc edilib.
Siçanlar üzərində aparılmış təcrübə zamanı onların yaraları kozein tərkibli tənziflə sarınıb. Bu yaralar adi bintlə sarınmış yaralardan 14 gün tez sağalıb.
Məlum olub ki, süd zülalı ilə yuyulmuş yaraların ətrafında immun hüceyrələrin səviyyəsi daha az olub.