Hər gün  çuğundur yesəniz   orqanizmdə nə olacaq?
23 yanvar 2023 09:09 (UTC +04:00)

Hər gün çuğundur yesəniz orqanizmdə nə olacaq?

Gündəlik yeməyinizə çuğunduru daxil etməklə, sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.

Lent.az xarici mediaya istinadla hər gün çuğundur yeyənlərin orqanizmində hansı müsbət dəyişikliklərin olacağını təqdim edir.

Çuğundur tərkibində saxaridlər, pektinlər, betain, üzvi turşular, C vitamini, manqan, bor, xrom, silisium, rubidium və vanadium olan aşağı kalorili məhsuldur.

Çuğundurda həmçinin az miqdarda B vitaminləri, dəmir, yod, kalium, kalsium və bəzi digər minerallar var.

Çuğundurun tərkibindəki faydalı maddələr ürək əzələsinə, qan damarlarına və mədə-bağırsaq traktının orqanlarına müsbət təsir göstərir.

Çuğundurun gündəlik istehlakı görmə qabiliyyətini və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinlərin çıxarılmasına kömək edir, qocalma prosesini ləngidir, arıqlamağa kömək edir və dözümlülüyü artırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar