Hər gün 2 litr ENERJİ İÇKİSİ içdi: Görün  başına nə gəldi?
18 may 2023 08:36 (UTC +04:00)

Hər gün 2 litr ENERJİ İÇKİSİ içdi: Görün başına nə gəldi?

20 yaşlı londonlu gənc iki il ərzində hər gün iki litr enerji içkisi qəbul etdiyinə görə orqanizmində hansı dəyişikliklərin baş verdiyini danışıb.

Lent.az-ın xarici medaya istinadən xəbərinə görə,

4 ay ərzində daimi nəfəs darlığı yaşayan və sürətlə arıqlayan britaniyalı reanimasiyaya düşdü. Müayinə zamanı məlum olub ki, gənc həzm pozğunluğu, titrəmə və taxikardiyadan əziyyət çəkir. Lakin o, heç vaxt kömək üçün mütəxəssislərə müraciət etməyib.

Həkimlər qeyd ediblər ki, energetik içkilərdən sui-istifadə orqanizmin simpatik sinir sisteminin güclü stimullaşdırılmasına gətirib çıxarıb və bu, bir sıra əlamətlərə səbəb olub, çünki belə içkilərin tərkibində qan təzyiqini artıran və ürək ritminin pozulmasına səbəb olan maddələr var.

Pasient qeyd edib ki, onun yaddaşında da problemlər yaranmağa başlayıb, onu tez-tez narahatlıq və depressiya bürüyüb, yuxuya getməkdə çətinlik çəkib. Amma o, enerji içkiləri içməyi dayandıra bilməyib, çünki onlar olmasa, şiddətli miqren tutmaları olurdu.

Həkimlər növbəti müayinədən sonra xəstənin ürək və böyrək çatışmazlığı olduğunu müəyyən ediblər. Böyrək çatışmazlığının ayrı bir sağlamlıq problemindən qaynaqlandığı düşünülürdü. Lakin həkimlər bunun enerji içkilərinin həddindən artıq istehlakı ilə bağlı olduğundan şübhələnirlər.

Əvvəlcə həkimlər xəstənin ürək və böyrək transplantasiyasına ehtiyac olacağını düşünüblər, lakin dərman qəbul etməyə başlayan və içkini dayandıran kimi əlamətləri yaxşılaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Oxşar yazılar