Havanın çirklənməsi KORONAVİRUSA YOLUXMA RİSKİNİ  artırır
23 sentyabr 2021 16:47 (UTC +04:00)

Havanın çirklənməsi KORONAVİRUSA YOLUXMA RİSKİNİ artırır

Havanın çirklənməsinin yeni növ koronavirusa (COVID-19) yoluxma və xəstəliyi ağır simptomlarla keçirmə riskini artırdığı müəyyən edilib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Belçika Ali Sağlamlıq Şurasının dərc etdiyi hesabata görə, ətraf mühitə təsir tədqiqatları iqlim və hava çirkliliyinin parametrlərinin virusun ötürülmə sürəti ilə əlaqəli olduğunu göstərib.

Araşdırmalara görə, havadakı incə toz konsentrasiyasında 1 mikroqram artımın belə xəstəxanaya yerləşdirilmiş koronavirus xəstələrində ölüm nisbətini 8-11 faiz artıra biləcəyini ortaya çıxarıb. Hesabatda temperatur, rütubət və ötürülmə arasındakı əlaqə aydın şəkildə göstərilməsə də, virusun istilik və rütubətdən təsirlənə biləcəyi və yayda yoluxma riskinin artdığı ilə bağlı əvvəlki tapıntılar təsdiqlənib.

Avropa Ətraf Mühit Agentliyi, Avropa Birliyində analiz etdiyi 323 şəhərin yarısından çoxunun hava keyfiyyətinin pis olduğunu bildirib.

Hava çirkliliyi 2018-ci ildə 41 Avropa ölkəsində təxminən 417 000 erkən ölümə səbəb olub.

Lakin Dünya Səhiyyə Təşkilatına görə, müvafiq tədbirlə nəticəsində hər il ehtimal olunan 51 000 erkən ölümün qarşısı alına bilər.

# 1815
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar