Alimlər hesab edirlər ki, aşağıdakı beş ümumi gündəlik vərdiş ömür uzunluğuna ən əhəmiyyətli mənfi təsir göstərə bilər.
Lent.az xarici mediaya istinadən həmin vərdişləri təqdim edir:
Qazlı içkilərin istehlakı. 16 il ərzində 451 min yaşlı insanın məlumatlarının təhlili təsdiqləyir ki, gündə iki və ya daha çox qazlı içki içmək qan dövranı və həzm sistemləri xəstəliklərindən ölüm riskinin artırır.
Siqaret çəkmək. Siqaret çəkənlərin orta ömrü siqaret çəkməyənlərinkindən ən azı 10 il qısadır. Öz növbəsində, siqareti tərgitmək diabetə qarşı həssaslığı azaldır, qan damarlarının fəaliyyətini yaxşılaşdırır, ürək və ağciyərlərə kömək edir. Aparıcı səhiyyə mütəxəssisləri bildirirlər ki, 40 yaşından əvvəl siqareti tərgitmək siqaretlə əlaqəli xəstəliklərdən ölüm riskini 90 faiz azaldır.
Süni dadlandırıcılar. “Circulation” jurnalında dərc edilən bir araşdırma, süni dadlandırıcıların gündəlik istehlakının ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskinin daha yüksək olduğu qənaətinə gəlib. Alimlər bunu dadlandırıcıların bağırsaq mikroflorasına mənfi təsiri ilə əlaqələndirirlər.
Rasionda çox sayda yumurta. Çoxları belə bir vərdişi faydalı hesab edərək hər səhər onu yeməyə vərdiş edir. Amma təəssüf ki, belə deyil. Şimal-Qərb Universitetinin mütəxəssisləri belə nəticəyə gəliblər ki, bu məhsulu sevənlərdə ürək-damar patologiyası riski 17 faiz artır.
Stress. Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, orqanizmin uzun müddət ərzində məruz qaldığı stress qocalma prosesini tənzimləyən hormon olan clothonun səviyyəsini aşağı salır. Bu, gözlənilən ömür müddətini azalda bilər. Bundan əlavə, stress infarkt və insult riskini artırır.