Gündə bir stəkan şərab içməyin GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ
30 dekabr 2023 18:55 (UTC +04:00)

Gündə bir stəkan şərab içməyin GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ

Bir stəkan şərab stressi azaltmağa və ürəyinizi sağlam saxlamağa kömək edə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Sarah Qarone danışıb.

Onun sözlərinə görə, şərab eyni zamanda müəyyən xərçəng növlərinin inkişaf riskini artırır və bədən fiquranızı korlayır. Qidalanma mütəxəssisi qeyd edib ki, şərabın orqanizmə təsiri içilən miqdardan asılıdır. Onun sözlərinə görə, qadınlar üçün gündə bir stəkan, kişilər üçün isə iki stəkan nisbətən təhlükəsiz norma hesab olunur. Bununla yanaşı, Qaronenin fikrincə, hətta orta miqdarda gündəlik içmək, bədənin alkoqol tolerantlığını tədricən artırır, yəni beyindəki reseptorlar təsirlərə uyğunlaşır və buna nail olmaq üçün dozanı artırmaq lazımdır.

Bundan əlavə, dietoloq az miqdarda şərab belə beyin, boyun, yemək borusu, qaraciyər, döş və qalın bağırsaq xərçənginin inkişaf riskini artırması barədə xəbərdarlıq edib. Həmçinin artıq çəki artımına səbəb olur. Orta hesabla 150 millilitr stəkan şərabda 120-125 kilokalori var. 

Mütəxəssis qeyd edir ki, şərab təkcə zərər vermir, həm də fayda verir - stressi azaldır, rahatlamağa kömək edir və hətta ürək sağlamlığını dəstəkləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4164
avatar

Fidan İlqar

Oxşar yazılar