Gündə bir stəkan pivə:   100 il yaşamaq ehtimalınız var
22 may 2022 19:03 (UTC +04:00)

Gündə bir stəkan pivə: 100 il yaşamaq ehtimalınız var

Tədqiqatlar təsdiqləyir ki, gündə bir stəkan pivə içən kişilərin 100 yaşına qədər yaşama ehtimalı 81 faiz çoxdur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, insanlar pivənin faydalı xüsusiyyətləri haqqında çoxdan bilirdilər və bu heyrətamiz içkinin getdikcə daha çox yeni xüsusiyyətləri kəşf edilir.

Hollandiyanın Maastrixt Universitetinin alimləri uzunömürlülük və pivə istehlakı arasında birbaşa əlaqə tapıblar. Onlar 20 il araşdırma aparıblar, 5500 nəfər respondent olub.

Təcrübələr göstərib ki, hər gün içilən bir stəkan pivə kişilərin 100 illik yubileyini yaşama ehtimalını 81 faiz artırır. Qadınlar üçün, yeri gəlmişkən, şans yalnız 30 faiz artıb.

Beləliklə, tədqiqatçılar əmindirlər: “Müşahidələr təsdiq edir ki, alkoqol kiçik dozalarda ürək-damar xəstəliklərinin qarşısını almağa xidmət edir, onlardan yüksək ölüm hallarını azaldır”.

Bununla belə, ekspertlər qeyd edirlər ki, ümumiyyətlə alkoqol içməyən insanlar üçün həyat tərzini dəyişməyə dəyməz, çünki tədqiqatlar fərqli bir qrup insan üzərində aparılıb.
 
 

# 3102
avatar

Oxşar yazılar