Gündə 6 diş qızardılmış sarımsaq yeməklə 24 saat ərzində orqanizmdə dəyişikliklər olacaq.
Lent.az xarici KİV-ə istinadən meydana gələn dəyişiklikləri təqdim edir:
4-6 saat ərzində metabolizma sürətlənir. Toplanan yağlar yanmağa və bədənimizdəki artıq mayelər xaric olmağa başlayır.
6-10 saatdan sonra sarımsağın tərkibindəki qidalar orqanizmi hüceyrə səviyyəsində müdafiə edir və oksidləşmədən qoruyur.
10-24 saatdan sonra xolesterol və təzyiq tənzimlənir. Damarları təmizləyir və ürək problemlərindən qoruyur. Sinir sistemini, sümükləri və oynaqları gücləndirir. Ağır metalların bədənə daxil olmasının qarşısını alır. Yorğunluğu aparır və hüceyrələrin ömrünü uzadır.