Kanada alimlərinin apardığı araşdırmada, elektron siqaret çəkən gənclərin tez-tez xroniki stress keçirdikləri məlum olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya 15-30 yaş arası 905 nəfərin məlumatları daxil edilib.
Onlardan 115-i (12,7 faiz) elektron siqaretdən istifadə etdiyini bildirib. İştirakçılar həyatlarının müəyyən bir nöqtəsində xroniki stress yaşadıqlarını deyiblər. Xroniki stress, narahatlıq və depressiya kimi psixi pozğunluqlara səbəb ola bilər. Nəticələr elektron siqaretdən istifadə edən gənclərin həyat keyfiyyətinin aşağı olduğunu da göstərib.
Müəlliflər qeyd ediblər ki, insanlar yığılmış stressi aradan qaldırmaq üçün çox vaxt alkoqol, tütün və elektron siqaret içməyə müraciət edirlər. Elektron siqaret narahatlığı azaltmaq üçün təsirli bir yol deyil, stress və narahatlıq isə elektron siqaretə daha çox həvəs göstərə və siqareti buraxmağı çətinləşdirə bilər.