Elektron siqaret  çəkənlər bu xəstəliklərə yoluxur
18 avqust 2023 17:41 (UTC +04:00)

Elektron siqaret çəkənlər bu xəstəliklərə yoluxur

Ohayo Dövlət Universitetinin Tütün Araşdırmaları Mərkəzi və Cənubi Kaliforniya Universitetinin (USC) Keck Tibb Məktəbinin tədqiqatçıları elektron siqaretdən istifadənin gənclərin sağlamlığına təsirlərini araşdırıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2014-2018-ci illərdə aparılan araşdırmada son 30 gündə təxminən 7000 gənc arasında elektron siqaret, marixuana və ya adi siqaretlərdən istifadə ilə bağlı sorğu keçirilib.

Sorğunun nəticəsində müəyyən edilib ki, son 30 gündə (sorğuda iştirak etməmişdən əvvəl) elektron siqaretdən istifadə edən iştirakçılarda digərlərinə nisbətən bronxit əlamətlərinin inkişaf riski 81, nəfəs darlığı isə 78 faiz daha çoxdur.

Araşdırmada, özlərinin və ya ətrafdakı birinin elektron siqaretdən istifadə etməsindən asılı olmayaraq, bronxit və təngnəfəslik də daxil olmaqla qalıcı tənəffüs yolu xəstəliklərinə tutulma riskinin artdığı ifadə edilib.

Tədqiqatçılardan biri olan Dr. Alayna Tackett elektron siqaretdən istifadənin tənəffüs xəstəlikləri riskinin artması ilə əlaqəli olduğuna diqqət çəkib.

Elektron siqaret istifadəsinin gənclər arasında getdikcə daha çox yayıldığına diqqət çəkən araşdırmaçılar, bu nisbətin 2019-cu ildə 25,7 faizə çatdığını bildiriblər.

Elektron siqaretlərin tərkibində ağciyərlərə zərər verən maddələr, o cümlədən bədənə zərər verən dadlandırıcılar və oksidləşdirici metallar olduğu məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar