Əfsanəvi tennisçiyə  xərçəng diaqnozu   qoyuldu
05 yanvar 2023 19:31 (UTC +04:00)

Əfsanəvi tennisçiyə xərçəng diaqnozu qoyuldu

Dünyanın keçmiş 1 nömrəli tennisçisi Martina Navratilovaya xərçəng diaqnozu qoyulub.

Lent.az bildirir ki, bu barədə Qadın Tennis Assosiasiyasının (WTA) saytında məlumat verilib.

Dünya tennisinin əfsanəsinə 1-ci mərhələdə boğaz xərçəngi diaqnozu qoyulub, həmçinin döş xərçənginin təkrarlanması aşkarlanıb. “Bu, ikiqat zərbədir, vəziyyət ciddidir, lakin hələ də müalicə oluna bilər. Əlverişli nəticəyə ümid edirəm. Var gücümlə mübarizə aparacam”, - 66 yaşlı idmançı bildirib.

Navratilovaya ilk dəfə 2010-cu ildə döş xərçəngi diaqnozu qoyulub. Altı aydan sonra həkimlər onun remissiyada olduğunu bildirdilər.

Navratilova Çexoslovakiyada anadan olub, lakin 1981-ci ildə Amerika vətəndaşlığı alıb. Karyerası ərzində o, tək yarışlarda 167, qoşa yarışlarda isə 177 turnirin qalibi olub.

Bu nəticələrin hər ikisi kişilər və qadınlar üçün bütün zamanların mütləq rekordudur. İdmançı 18 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Oxşar yazılar