Düzgün saqqız  çeynəməyin YOLLARI
12 fevral 2024 12:21 (UTC +04:00)

Düzgün saqqız çeynəməyin YOLLARI

Saqqızın faydaları və zərərləri ilə bağlı müzakirələr uzun müddətdir ki, davam edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, stomatoloq Veronika Melexova saqqız çeynəməyin nə vaxt sağlamlıq üçün faydalı olduğunu izah edib.

Mütəxəssisin fikrincə, yeməkdən sonra saqqızdan istifadə edən insanlar tamamilə düzgün hərəkət edirlər. Tərkibində faydalı minerallar olan tüpürcək istehsalını stimullaşdırır, həmçinin ağız boşluğunu qida qalıqlarından və dişləri lövhədən təmizləyir, bununla da bakterial inkişaf ehtimalını minimuma endirir. Bununla belə, faydalı təsir 15 dəqiqə davam edir. 15 dəqiqədən sonra saqqız çeynəməyə ehtiyac yoxdur.

Saqqızın plomblara mənfi təsiri ilə bağlı narahatlıqlara gəlincə, mütəxəssis düzgün qurulmuş plomb və ikincili kariyes prosesləri başlamamış diş üçün heç bir təhlükə olmadığını izah edib. Plomb səhv qoyulubsa və ya onun ətrafında ikinci dərəcəli çürüklər yaranırsa, bu başqa bir məsələdir - o zaman, həqiqətən, plomb çıxa bilər. 

Eyni zamanda, Melexova qastrit və xoralardan əziyyət çəkən insanlar üçün acqarına saqqız çeynəməyin təhlükəsini xatırladıb: selikli qişanı qıcıqlandıran mədə şirəsinin istehsalını stimullaşdırmaq qabiliyyətinə görə vəziyyət daha da pisləşə bilər. Əksinə, yeməkdən sonra saqqız çeynəsəniz, bu xüsusiyyət həzmi yaxşılaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3534
avatar

Fidan İlqar

Oxşar yazılar