Dünyaya ÇAĞIRIŞ:  yeni pandemiyalara   hazırlaşın
18 yanvar 2023 18:29 (UTC +04:00)

Dünyaya ÇAĞIRIŞ: yeni pandemiyalara hazırlaşın

“Gavi Alliance” və “Moderna” tibbi şirkətlərinin liderləri dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb.

Lent.az xəbər verir ki, onlar bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda bildiriblər.

Tədbirdə sahə nümayəndələri COVID-19-a qarşı peyvəndlərə tələbatın azalmasından şikayətləniblər.

"Gavi" şirkətinin baş direktoru, ABŞ tibbi epidemioloqu Set Franklin Berkli hamıya qarşı ciddi xəbərdarlıq edib:

“Bizim siyasətçilər başa düşməlidir ki, biz yeni variantları görməyə davam edirik. Düzdür, sağlamlığımıza zərər vuracaq qədər ağır xəstəlik yoxdur. Amma bunun baş verməyəcəyi istisna deyil”.

"Moderna" şirkətinin baş direktoru Stefan Bansel həmkarı ilə razılaşıb:

"Hamımız bilirik ki, yeni infeksiyalar yaranacaq, pandemiyalar olacaq və biz onlara hazır olmalıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Sevinc Fərid

Oxşar yazılar