Çində dünyanın süni intellektlə idarə olunan ilk xəstəxanası açılıb.
Lent.az xarici mediaya istinad'n xəbər verir ki, Çinin paytaxtı Pekində istifadəyə verilmiş Agent Hospital adlı 14 robot həkimdən ibarət xəstəxana gündə 3 min xəstəni müalicə edə biləcək.
Bu həkimlər xəstələrlə ünsiyyət qurur, onların simptomlarını qiymətləndirir və diaqnoz qoyurlar.
Bundan əlavə, robot həkimlər lazım gəldikdə xəstələri insan həkimlərinə yönləndirirlər.