Diabetdən qorunmağın yeni yolu  TAPILDI
12 sentyabr 2023 09:09 (UTC +04:00)

Diabetdən qorunmağın yeni yolu TAPILDI

0

Tədqiqatçılar piylənmə və 2-ci tip diabetlə mübarizəyə böyük təsir göstərən bağırsaq bakteriyaları aşkarlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu RIKEN İnteqrasiya Tibb Elmləri Mərkəzindən (IMS) Hiroşi Ononun rəhbərlik etdiyi yapon alimləri ediblər. Onlar insan nəcis mikrobiomlarının genetik və metabolik analizlərini, həmçinin kök siçanlar üzərində təcrübələr aparıblar.

Onlar qan şəkərinin səviyyəsini tənzimləyən hormon olan insulinə diqqət yetiriblər. Proqnozlaşdırıldığı kimi, daha yüksək insulin müqaviməti artıq karbohidratlarla, xüsusən də monosaxaridlərlə əlaqəli idi (söhbət qlükoza, fruktoza, qalaktoza və mannozdan gedir).

Bundan əlavə, onlar "Lachnospiraceae" cinsinin bağırsaq bakteriyalarına insulin müqaviməti yüksək və çox miqdarda karbohidrat olan insanların bağırsaqlarında daha çox tapıldığını müəyyən ediblər.

Alimlər kök siçanlar üzərində apardıqları təcrübələrdə qan şəkərinin səviyyəsini aşağı sala bilən "Alistipes instinctus" adlı bakteriyanın orqanizmdə insulin müqavimətini və karbohidrat səviyyəsini azaltmağa kömək etdiyini aşkar ediblər. Kəşf perspektivi ümidvericidir, çünki piylənmə və prediabetin diaqnozu və müalicəsi çətindir.

Bu kəşf bağırsaq mikrobiomunu və onun insan orqanizminə necə təsir etdiyini öyrənməyin nə qədər vacib olduğunu vurğulayıb. Gələcək klinik sınaqlarda elm adamları mikrobiotik müdaxilələrə əsaslanan piylənmə və 2-ci tip diabetin qarşısının alınması və müalicəsi üçün yeni üsullar yarada bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2577

Oxşar yazılar