Dərini korlayan QİDALAR
17 noyabr 2023 13:36 (UTC +04:00)

Dərini korlayan QİDALAR

Dərinizi sağlam saxlamaq üçün bəzi qidalardan uzaq durmalısınız.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kosmetoloq Tatyana Listova danışıb.

O izah edib ki, qeyri-sağlam qidalanmanın nəticələri iltihab, səpgi, qabıqlanma və kapilyar şəbəkədir. Eyni zamanda, gənc və sağlam dərinin əsas düşmənləri duz, şəkər, konservantlar və spirtdir.

Həkimin sözlərinə görə, spirt damar şəbəkələrinin görünüşünü təhrik edir, bu, etanolun təsiri ilə izah olunur - spirt qan damarlarını genişləndirir, sonra isə spazm yaranır ki, bu da son nəticədə qan dövranı sistemində problemlərə gətirib çıxarır.

Həmçinin, dərinin elastikliyinə cavabdeh olan kollagen lifləri şəkər tərəfindən məhv edilir. Həkim əlavə edib ki, dərisini daha uzun müddət gənc saxlamaq istəyənlər şirin bişmiş məhsullardan, qazlı içkilərdən, şirniyyatlardan uzaq durmalıdırlar.

Konservləşdirilmiş balıq və əti pəhrizdən xaric etmək daha yaxşıdır - konservləşdirilmiş yeməklərin istehsal texnologiyası yüksək konsentrasiyada duz, şəkər və sirkə tələb edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5763
avatar

Fidan İlqar

Oxşar yazılar