Mütəxəssislər balqabağın depressiyadan qoruduğunu açıqlayıblar.
Lent.az xəbər verir ki, balqabaqda depressiya və narahatlıqla mübarizə aparmağa kömək edən, sinir sistemi üçün faydalı olan maqnezium var.
Eyni zamanda, dəmir çatışmazlığı anemiyası və hemoqlobini azalmış insanlar üçün balqabaq dəmir və misin birləşməsinə görə çox faydalıdır.
Üstəlik, balqabağın tərkibində bədəndən artıq mayenin çıxarılmasına kömək edən, şişkinliyi aradan qaldıran və təzyiqi aşağı salan kalium da var.
O da qeyd edilib ki, balqabağı həddindən artıq yemək köpə və bağırsaq pozğunluğuna səbəb ola bilər. Bunun üçün onu ehtiyatla istehlak etmək məsləhətdir.