Çox yatmaq  orqanizmdə hansı fəsadlar yaradır?
02 dekabr 2023 16:15 (UTC +04:00)

Çox yatmaq orqanizmdə hansı fəsadlar yaradır?

Çox yatmaq vərdişi ən azı yuxusuzluq qədər orqanizmə ziyandır.  

Lent.az xəbər verir ki, yaxşı yatmamağın nəticələri təkcə fiziki olaraq hiss olunmur. Həm də mənəvi cəhətdən də insana pis təsir edir. 

Yuxusunu kifayət qədər almayanlar sonda pis sağlamlıqla üzləşirlər. Amma məlum olub ki, çox yatmaq da sağlamlığınız və rifahınız üçün təhlükəlidir.

Alimlər müəyyən ediblər ki, axşamlar 9 saat və ya daha çox yatanların ürək-damar xəstəliklərindən ölüm riski daha çoxdur. Bundan əlavə, bu rejimlə həddindən artıq çəki və çox yemək istəyi artır.

Araşdırmalar göstərir ki, vaxtından əvvəl ölüm riski həm kifayət qədər yuxu almayanlar, həm də çox uzun yatanlarda daha çoxdur.

Üstəlik, kifayət qədər yatmayanlar üçün ölüm riski 7-8 saat yatanlara nisbətən 12% daha yüksəkdir. Həddindən artıq yatanlarda ölüm riski isə 30%-ə qədərdir. Buna görə normadan çox yatmağın az yatmaqdan daha təhlükəli olduğunu deyə bilərik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4050
avatar

Sevinc Fərid

Oxşar yazılar