COVID-19-un ən təhlükəli nəticələrindən biri infarkt və insult riskinin artmasıdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov açıqlayıb.
Kryuçkovun dediyi kimi, 2023-cü ildə ən çox yayılmış ştamlar çox yüksək yoluxuculuğu ilə xarakterizə olunan "Omicron" olub. Həkim xəbərdarlıq edib ki, bu ştamlar infarkt və insult riskini artırıb.
İlk növbədə, söhbət uzun müddətli COVID-19-a yoluxanlardan, ürək-damar xəstəliklərinin inkişaf riski yüksək olanlardan gedir.
Həkim qeyd edib ki, bu mərkəzi sinir sisteminin neyrodegenerativ xəstəlikləri və oğlanlarda xayaların zədələnməsi ilə nəticələnə bilər.