COVID-19 peyvəndinin əvvəllər məlum olmayan  gözlənilməz təsiri aşkarlandı
18 noyabr 2025 19:59 (UTC +04:00)

COVID-19 peyvəndinin əvvəllər məlum olmayan gözlənilməz təsiri aşkarlandı

0

Amerikalı alimlər COVID-19 peyvəndinin atopik dermatitli uşaqlarda əvvəllər məlum olmayan müsbət təsirini aşkar ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Orlandoda keçirilən ABŞ Allergiya, Astma və İmmunologiya Kollecinin (ACAAI-2025) illik konfransında bildirilib. Tədqiqatın məlumatına görə, ekzema diaqnozu olan peyvənd olunmuş uşaqlarda peyvənd olunmayan yaşıdlarına nisbətən infeksiya və allergik xəstəliklər daha az müşahidə olunub.

Atopik dermatit tez-tez astma və ya allergik rinitdən əvvəl inkişaf edən xroniki dəri iltihabıdır. Bu xəstəliyi olan uşaqlar tənəffüs və dəri infeksiyalarına qarşı daha həssas olurlar.

Yeni tədqiqat göstərib ki, koronavirus peyvəndi eyni zamanda bu xəstəliklərlə bağlı ağırlaşmaların riskini də azalda bilər. Eksperimentdə 17 yaşdan kiçik, atopik dermatit diaqnozu qoyulmuş 11 500-dən çox uşaq iştirak edib. Onların yarısı peyvənd olunmuş, yarısı isə olunmamışdı. Doktor Tristan Nguyenin rəhbərlik etdiyi qrup, ağır yanaşı xəstəlikləri olan və ya COVID-19 keçirən uşaqları araşdırmadan kənarlaşdıraraq nəticələri müqayisə edib.

Nəticələr ümidverici olub

peyvənd olunmuş uşaqlarda bronxit, pnevmoniya, otit,

dəri və yuxarı tənəffüs yolu infeksiyaları daha az qeyd olunub;

astma, kontakt dermatit, allergik rinit və hətta qida mənşəli anafilaksiya riski də azalıb.

COVID-19 peyvəndi atopik və allergik xəstəliklərin inkişafını yavaşlada bilər və xroniki ekzema ilə yaşayan uşaqların həyat keyfiyyətini yaxşılaşdıra bilər. Beləliklə, COVID-19 peyvəndi yalnız virusdan qoruma vasitəsi kimi deyil, həm də allergiyaya və infeksiyalara meyilli uşaqlar üçün immun sisteminin əlavə dəstəyi kimi qiymətləndirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar