Amerikanın Pfizer şirkətinin hazırladığı dərman COVID-19- yoluxmadan sonra xəstəxanaya yerləşdirmə və ya ölüm riskini 89 faiz azalda bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, dərmanın tədqiqi nəticəsində məlum olub.
Tədqiqatlarda xəstəliyin əlverişsiz ssenaridə inkişaf edə biləcəyi COVID-19-lu 1,2 min xəstənin iştirak etdiyi bildirilir.
Tədqiqatda iştirak edən bir sıra könüllülər plasebo (güclü dərman) qəbul ediblər. Məlum olub ki, əsl dərmanı qəbul edənlərin xəstəxanaya düşmə ehtimalı plasebo qəbul edənlərdən qat-qat azdır. Bundan əlavə, dərman qəbul edənlərin heç biri ölməyib. Plasebo qəbul edənlər arasında 10 xəstə ölüb.
Pfizer-in baş direktoru Albert Burla, dərmanın COVID-19 ilə yoluxma halında hər on xəstəxanaya yerləşdirilmənin qarşısını almağa kömək edəcəyini söyləyib.