Cinsi istəyi artıran 11 qida
27 dekabr 2022 20:52 (UTC +04:00)

Cinsi istəyi artıran 11 qida

Qidalanma cinsi istəyin artmasında mühüm rol oynayan amildir. Cinsi istəyi artıran 11 əsas qida var. Lent.az həmin qidaları təqdim edir:

Şokolad - əsas maddəsi olan kakao antioksidant qaynağıdır. Bununla yanaşı, tərkibindəki feniletlamin maddəsi sayəsində cinsəllikdə alınan həzzi yüksəldir.

Badam - sink baxımından çox zəngin olan badam testosteron səviyyəsinin yüksəlməsi və cinsəllik keyfiyyətinin artırılmasına kömək edir.

Zəfəran - antik dövrlərdən bəri afrodizyak təsiri məlum olan zəfəran cinsi performansı artıran və həzmi asanlaşdıran ədviyyat kimi tanınır.

Şaftalı - araşdırmalar göstərir ki, C vitamini deposu olan şaftalı xüsusən də qadınlarda cinsi istəyi artıran bir meyvədir. Digər bir xüsusiyyəti isə qan axımını sürətləndirməsidir.

Qarpız - tərkibində bir çox amino-asit olan sitrullin sayəsində qan damarlarının genişlənməsini təmin edən qarpız qan dövranının sürətlənməsinə kömək edir.

Böyürtkən - bu bitkinin suyu libido artıran maddələrlə zəngindir. Bədəndə yağ yandırılmasına kömək edir.

Yumurta - Protein və B vitamini deposu olan yumurta həm libidonu yüksəldir, həm də bədənin ehtiyacı olan enerjini artırır.

Qırmızı acı bibər - tərkibindəki kapsaisin adlı maddə sayəsində ürək döyüntüsünü artırır, bədəndə endorfin ifrazını yüksəldir.

Avokado - əsas maddəsi B vitamini olan avokado kişilərin hormonal aktivlik səviyyəsini yüksəldərək enerji və dayanıqlığını artırır.

Brokoli - C vitamini baxımından çox zəngin olan brokoli xüsusən də qadınlarda libidonu artıran tərəvəz kimi tanınır.

Zəncəfil - bədəndə dövran sisteminə olduqca faydası olan zəncəfil bu xüsusiyyəti sayəsində cinsi həyata olduqca müsbət təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4434
avatar

Oxşar yazılar