Çay və qəhvəyə şəkər əlavə etmək orqanizmə mənfi təsir göstərmir.
Lent.az-ın xəbərinə görə, bu, Niderlandın Leyden Universitetinin alimlərinin apardığı tədqiqat zamanı üzə çıxıb.
Tədqiqatın nəticələri “PLOS One” jurnalında dərc olunub.
Alimlər 32 il ərzində çay və qəhvələrinə müntəzəm şəkər əlavə edən 3 min tədqiqat iştirakçısını müşahidə ediblər və əldə olunan məlumatları analiz ediblər. Müşahidənin başlanğıcında və sonunda alimlər tədqiqat iştirakçılarının sağlıq durumlarını araşdırıb, o cümlədən bu müddət ərzində vəfat edən bir sıra tədqiqat iştirakçılarının ölümünün səbəblərini araşdırıblar.
Təhlillərin nəticələri göstərdi ki, bu ölümlər içkilərə şəkərin əlavə edilməsi ilə əlaqəli deyil. Ancaq içkilərə şəkər yalnız 2,5 qrama qədər əlavə edildikdə insanların orqanizminə mənfi təsir göstərmir. Tərkibində 25 qrama qədər şəkər olan qazlı içkilər, şirələr və digər içkilər insan sağlamlığına təsir göstərir.