Bu şəxslərə 3-cü doza peyvənd vurulacaq -  RƏSMİ
25 avqust 2021 12:41 (UTC +04:00)

Bu şəxslərə 3-cü doza peyvənd vurulacaq - RƏSMİ

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Lent.az xəbərinə görə, məlumatda qeyd edilir ki, ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza peyvənd vurulmuş bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Qeyd edək ki, “Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.

Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8994
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar