Bu qrip adamı yuxuda öldürür - 4 xəstədən biri...
08 sentyabr 2022 15:06 (UTC +04:00)

Bu qrip adamı yuxuda öldürür - 4 xəstədən biri...

Ekonomo adlandırılan epidemik letarqik ensefalit, başqa sözlə yuxu xəstəliyi tibb elminə məlum olan ən qəribə xəstəliklərdən biridir. Bu xəstəliyə yoluxanlar adətən yatmaq istəyir, əksəriyyət də yuxudan oyanmırdılar. 1920-ci illərdə tüğyan edən bu xəstəlik bir çox ölkələrə, o cümlədən SSRİ-yə yayılmışdı. Xəstəliyə yoluxan hər 3 nəfərdən biri,  ümumilikdə 16 milyondan çox insan yataraq ölmüşdü. Lent.az bu dəfə yuxu epidemiyası xəstəliyi barədə yazır.

Simptomları epidemik ensefalitə bənzəyən bir xəstəlik hələ XVII əsrdə London sakinləri arasında yayılmışdı. 2 əsr bu xəstəlik “özünü yuxululuğa vurdu”, insanlarla işi olmadı. 1916-1917-ci ilin qışında Avropanın bir sıra şəhərlərində insanlar birdən-birə dərin yuxuya gedib, ayılmamağa başladılar. 

1920-1921-ci illərdə pandemiya özünün ən pik nöqtəsinə çatdı,o hava damcı yolu ilə yayılırdı, xəstəliyin daşıyıcısının hansı virus olması barədə məlumat yox idi. Bir çox həkimlər bunu 1918-1919-cu illər yayılmış və yüz minlərlə insanın ölümünə səbəb olmuş İspan qripi ilə əlaqələndirirdilər. Ehtimallara görə, İspan qripi ilə zəifləmiş orqanizmlər yuxu epidemiyasının qurbanlarına çevrilirdilər.

Yuxu xəstəliyində ölüm ya koma vəziyyətinə düşənləri, ya da yuxusuzluqdan əziyyət çəkənləri cənginə keçirirdi. Bu xəstəlikdən sağalanların bir çoxu ömürlərini canlı heykəl kimi yaşadılar, onların yaddaşı itmiş, hərəkət və danışıq qabiliyyətlərini itirmişdilər.

1922-ci ilin sentyabrında Moskvada ilk yoluxma qeydə alındıqdan sonra, həkimlərə qəribə xəstəlik barədə şikayətlər daxil oldu. Paytaxtda 100 nəfər yuxuya gedib ayılmamışdı. Hər 4 xəstədən biri ölürdü.

Professor Marqulisin qeydlərində  yazılır ki, pasiyentlər həftələrlə, aylarla yuxuya gedir, onları oyandırmaq olmurdu. Xəstələrdə yüksək qızdırma olurdu, onlar hətta ağızlarına yemək verilərkən belə oyana bilmirdilər. Göz əzələləri iflic olur, bəzən çəpgözlük əmələ gəlirdi. Nəfəs almaq çətinlik yaradırdı deyə, xəstələr qəribə pozalarda yatırdılar.

Ekonomo xəstəliyi 1925-ci ildə yoxa çıxdı. Ondan sonra bu xəstəlik 1943-ci ildə, müharibə zamanı görünsə də, müharibə bu barədə düşünməyə imkan vermirdi. Soyuq rus qışında donub ölənlərin çoxuna acından və soyuqdan öldü deyildi. Epidemiya şəkli almadı.

2014-cü ildə Qazaxıstanın Akmolinsk vilayətində  yuxu xəstəliyi yenidən üzə çıxdı, 33 qazaxıstanlı  yoluxdu. Xəstəlik yüksək temperatur, bədən ağrıları, baş və boğazda ağrılar şəklində özünü göstərirdi. Bəzi xəstələr tam hərəkətsiz vəziyyətə düşürdülər. Xəstəliyin ən kəskin mərhələsində yüksək yuxululuq özünü göstərirdi, xəstə istənilən şəraitdə, hətta ayaq üstə yatır, oyandıqdan sonra təkrar yuxulayırdı.

Hazırda Ekonomoya yalnız Afrika qitəsində rast gəlinir. 1998-ci ildə 40000 pasientdə bu xəstəlik rəsmi qaydada qeydə alınıb. Mütəxəssislərin fikrincə  qeydə alınmayanlarla birgə xəstələrin sayı 300 000 nəfər ola bilər.
 Anqola, Qabon, Qvineya, Malavi, Kamerun, Konqo, Cənubi Sudanda yuxu xəstəliyindən ölənlərin sayı QİÇS-dən ölənlərin sayını üstələyib. 2009-cu ildə sistematik tədbirlər nəticəsində xəstələrin sayı azalıb, 2019, 2020-ci illərdə müvafiq olaraq 992, 663 nəfərdə yuxu xəstəliyi qeydə alınıb.

Xəstəlik sese adlanan xüsusi növ ağcaqanadlar vasitəsilə yayılır. Lakin başqa yayılma yolları da var, məsələn,  anadan  uşağına keçə bilər. Həkimlərin açıq yaralarına bu xəstəliyin virus bulaşmış iynələrlə keçməsi faktları, həmçinin cinsi yolla ötürülməsi barədə məlumatlar da var.

 Hazırda xəstəliyin qarşısını tamamilə almaq mümkün olmasa da, ölümlə nəticələnmənin qarşısını alan preparatlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar