Bu qidalar siqareti tərgitməyə vadar edir -  SİYAHI
21 oktyabr 2021 22:18 (UTC +04:00)

Bu qidalar siqareti tərgitməyə vadar edir - SİYAHI

Hər dəfə siqaret çəkdiyiniz zaman zəhərli qazlar ağciyərlərinizə, sonra qanınıza keçir və bədənin hər orqanına yayılır. Siqaret, nikotin və digər birləşmələr olan tütün yarpaqlarından istifadə edilməklə hazırlanır. Tütün və birləşmələr yandırıldıqda xərçəngə səbəb olduğu bilinən 40-dan çox təhlükəli kimyəvi maddə buraxırlar. Amma elə qidalar var ki, onları yedikdə siqaretdən vaz keçəcəksiniz.

Lent.az xarici KİV-ə istinadən həmin qidaları təqdim edir:

1. Zəncəfil

Zəncəfil tənəffüs sistemindən toksinləri çıxarmağa kömək edən iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Kalium, maqnezium, beta-karoten və sink kimi bir çox vitamin və mineral ehtiva edir. Bəzi zəncəfil ekstraktlarının ağciyər xərçəngi hüceyrələrini öldürdüyü də bilinir. Bitki olaraq zəncəfili bir çox yeməyə əlavə edə və ya zəncəfil çayı şəklində istehlak edə bilərsiniz.

2. Sarıkök

"Qızıl ədviyyat" olaraq da bilinən sarıkök, iltihab əleyhinə xüsusiyyətləri sayəsində ağ ciyərlərimizi təmizləməyə kömək edir.

3. Alma

"Gündə bir alma həkimi evdən uzaqlaşdırır" atalar sözünü bilirsiniz yəqin ki. Ağciyər xəstəlikləri ilə effektiv mübarizə aparmağa kömək edən çoxlu flavonoidlər, vitaminlər və antioksidantlar, xüsusən C vitamini ehtiva edir.

4. Sarımsaq

Tərkibində güclü antibiotik kimi çıxış edən və ağ ciyərlərimizi tıxayan yoluxucu xəstəliklərin öhdəsindən gəlməyə kömək edən allisin adlı bir birləşmə var.

5. Yaşıl çay

Yaşıl çay ürək-damar sağlamlığını yaxşılaşdırmaqda, müxtəlif xərçəng xəstəliklərindən qorunmaqda və ağciyərlərimizdən mayeləri çıxarmaqda təsirli olan güclü antioksidanlar ehtiva edir.

6. Turpkimilər

Bu tərəvəzlərdə olan xlorofil detoksifikator rolunu oynayır və qanı süzməyə və bədənimizdən toksinləri çıxarmağa kömək edir. Brokoli, gül kələm, kələm və s. immunitet sistemimizi gücləndirən C vitamini ilə zəngindir.

Siqaret kalsium mineralları, C və D vitaminləri kimi vacib qida maddələrinin mənimsənilməsinə mane olur. Bir siqaret çəkməklə bədəndən 25 mq C vitamini atılır. Araşdırmalar göstərir ki, daha çox meyvə və tərəvəz istehlak etmək həm tükənmiş vitamin və mineral ehtiyatlarını dolduracaq, həm də siqaret çəkmək istəyini azaltmağa kömək edəcək. Siqareti atmağa başladığınız zaman yemək daha yaxşı dadmağa başlayır, ləzzətləri daha aydın görünür və yeməkdən daha çox zövq alırsınız.

7. Süd və süd məhsulları

Araşdırmalarda siqaret çəkənlərin çoxu süd içməyin siqaretlərinə acı, kəskin bir dad verdiyini və dadı pisləşdirdiyini bildirir. Bu səbəbdən süd içmək siqaretdən uzaq durmaq üçün köməkçi ola bilər.

8. Popkorn

Siqareti atarkən daimi nəsə yemək istəyi hiss edə bilərsiniz. Çünki əl-ağızı siqaretlə məşğul saxlaya bilmirsən və başqa şeylər axtarırsan. İştahınız artarsa ​​və ya yeməyi dayandıra bilməyəcəksinizsə, popkorn yeməyi məsləhət görürük.

9. Dondurulmuş qara üzüm

Siqareti atdıqdan sonra şəkər böhranlarının qarşısını almaq üçün dondurulmuş qara üzüm yemək tövsiyə olunur.

10. Darçın çubuğu

Bir darçın çubuğunu sovurmaq yaxşı dad verir və kalorisiz həll təklif edir. Eyni zamanda, əlinizdə tutub oynaya biləcəyiniz üçün sizi siqaretdən uzaqlaşdıra bilər.

 

 

 

 

# 8823
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar