Bu meyvəni yeyənlər 8 il xəstələnmir
10 oktyabr 2023 14:55 (UTC +04:00)

Bu meyvəni yeyənlər 8 il xəstələnmir

Ankaranın Güdül qəsəbəsində yaşayan bağban 76 yaşlı Fatih Çolak qəribə bir meyvə bağı salıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun "Hunnap" adlandırdığı bu meyvənin toxumları Cənubi Asiyadan gətirilib.  

Fatih Çolak iddia edir ki, "Hunnap" yeyən adamların həkimə getməsinə ehtiyac yoxdur. 8 il öncə bu meyvələrdən yeməyə başlayan qoca bağban hələ bir dəfə də həkimə getməyib. O gündə 3 kilo "Hunnap" yediyini söyləyib.

Mütəxəssislər də "Hunnap"ın şəfalı bir meyvə olduğunu iddia edirlər. Bir tumu olan lifli, yumru və şirin "Hunnap" meyvələri sümükləri möhkəmləndirir, qan şəkərini normada saxlayır, yuxusuzluq zamanı kömək edir, həzm prosesini qan dövranını sürətləndirir.

May ayında çiçəkləyən "Hunnap"ın meyvələri sentyabr-oktyabr aylarında tam yetişir. 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5262
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar