Bu məhsullarla çay içmək olmaz  - Limon..
19 iyul 2024 11:32 (UTC +04:00)

Bu məhsullarla çay içmək olmaz - Limon..

Sağlamlığınıza zərər verməmək üçün bir sıra qidaları çayla içməməyiniz məsləhətdir. 

Lent.az xəbər verir ki, bu barədə dietoloqlar xəbərdarlıq ediblər .

Mütəxəssislər ən əsas şəkəri də "qara siyahı"ya daxil ediblər. Həkimlərin fikrincə, müntəzəm olaraq şirin çay içsəniz, maddələr mübadiləsini yavaşlada və diabetin inkişafına səbəb ola bilər. Bundan əlavə, çaya bal əlavə etməməlisiniz. Bu məhsulu ümumiyyətlə, istiliklə qarışdırmamaq daha yaxşıdır. Çünki 60 dərəcədən yuxarı qızdırılanda bal kanserogenə çevrilir.

Limonlu çaydan da çəkinməlisiniz. Bu içki zərərsizdir. Ancaq onun heç bir faydası da yoxdur. Çünki isti çay sitrus meyvələrindəki bütün vitaminləri öldürür. Dietoloqlar həmçinin hesab edirlər ki, süd çaya əlavə edilməməlidir. Bu proses çayın tərkibindəki antioksidantların udulmasını pozur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4017
avatar

Sevinc Fərid

Oxşar yazılar