Ginekoloq yumurtalıq xərçənginin ilkin əlamətlərini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ginekoloq Tatyana Koledova danışıb.
O, yumurtalıq xərçənginin erkən əlamətlərini açıqlayaraq, bu simptomların spesifik olmadığını və başqa əlamətlərin də baş verə biləcəyini qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bu xəstəlik bütün dünyada qadınlarında xərçəngdən ölümə səbəb olan digər xəstəliklər arasında beşinci yeri tutur. Bir sıra simptomlar bir neçə həftə davam edərsə, dərhal həkimə müraciət etməyi tövsiyə edib.
Koledova qeyd edib ki, ortaya çıxan şişkinlik hissinə diqqət yetirmək lazımdır ki, bu da assitin inkişafı demək ola bilər. Həmçinin, şişin görünüşünə görə iştahsızlıq və ya sidik kisəsinin funksiyasında dəyişiklik baş verə bilər ki, bu da ağrıya və ya qəfil təcili sidiyə getməyə səbəb ola bilər.
Bundan əlavə, həkimin qeyd etdiyi kimi, yumurtalıq xərçəngi diaqnozu qoyulmuş çox sayda qadın şiddətli bel ağrılarından əziyyət çəkir. Nəhayət, bu xəstəliyi olan qadınlarda dövrlər arasında, cinsi əlaqədən sonra və menopozdan sonra qanaxma ola biləcəyini vurğulayıb.