Bu COVID-19 xəstələri daha çox ölürlər
03 iyul 2021 04:15 (UTC +04:00)

Bu COVID-19 xəstələri daha çox ölürlər

Koronavirusa yoluxan gənc xəstələrin ölüm nisbəti üç dəfə artıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Hindistandan olan elm adamları, koronavirus infeksiyası olan 14 mindən çox xəstənin məlumatlarını analiz etdikdən sonra belə nəticələrə gəliblər.

Qeyd edək ki, qeyri-rəsmi olaraq "Hindistan ştammı" adlandırılan mutasiya olunmuş koronavirus ştammından əziyyət çəkən ilk ölkə Hindistandır. Xəstəlik daha çox yoluxucudur.

Hindistandakı növbəti yoluxma dalğası daha çox 45 yaşınadək gənclər arasında müşahidə olunur.

Bu cür məlumatlar, bütün infeksiya əlamətləri aşkar edildikdən sonra gənclərin mütəxəssislərdən kömək istəmələrinin daha az olması ilə izah olunur.

Bildiyiniz kimi, xəstəxanaya yerləşdirilməli olan bir yoluxmuş şəxs nə qədər oksigen terapiyası almağa başlayırsa, sağalma şansı o qədər az olur. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar