Böyrək xəstəliyinin sürətlə artmasının ƏSAS SƏBƏBİ – Həkimlə MÜSAHİBƏ
07 sentyabr 2023 12:25 (UTC +04:00)

Böyrək xəstəliyinin sürətlə artmasının ƏSAS SƏBƏBİ – Həkimlə MÜSAHİBƏ

Nefroloq Elnur Fərəcov Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Böyrək çatışmazlığının əlamətləri və simptomlarına nələr daxildir?

- Əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur. İlkin simptomlardan arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olması kimi qeyd etmək olar. Əlavə olaraq, günlük sidiyə getmədə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahasızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda qıcolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur. 

- Böyrəklərin xroniki xəstəliyinin yaranma səbəblərinə nələr daxildir? Kimlər risk qrupundadır?

- Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hər hansı bir xəstəlik bu orqanın xroniki xəstəliyinə səbəb ola bilər. Dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır. Xroniki pielonefrit, böyrək daş xəstəliyi düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər. Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalar da bu orqanın fəaliyyətinin pozulmasına gətirir. Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada qəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. 

- Böyrək xəstəliklərindən hansını tamamilə müalicə etmək mümkündür? 

- Bütün xroniki gedən xəstəliklərdə olduğu kimi, böyrək xəstəlikləri də mümkün olduğu halda tez aşkar olunarsa, müalicə daha qısa müddətli və daha effektiv olur. Amma bu xəstəlik qrupu bir çox hallarda simptomsuz keçə bilir və  zamanında aşkarlanması üçün profilaktik müayinələrdən keçməsi tövsiyə olunur. Bunlar sadə və hər bir tibb müəssisəndə aparılan müayinələrdir. İki ildən bir sidiyin ümumi analizi, qanda kreatinin, sidik cövhəri, sidik turşusu kimi maddələrin təyini və nəhayət böyrəklərin USM ilə mövcud olan problemi ən ilkin mərhələdə təyin etmək mümkün olur.

- Dializ xəstələrinin həyat şəraiti və qida rasionu necə olmalıdır?

- Böyrək əvəzedici terapiya (hemodializ və peritoneal dializ) qəbul edən xəstələr 
xüsusi ilə maye qəbuluna və pəhrizə ciddi riayət etmələri məsləhət görülür. Duz, fosfor və kalium zəngin olan qida məhsulların məhdudlaşdırılmasına çalışmalıdırlar, eyni zamanda proteinli qidalar və kalori qəbulun miqdarı da kifayət qədər olmalıdır. Zərərli vərdişlərdən imtina olunması və sağlam həyat tərzi aparılması da çox önəmlidir.  Ümumiyyətlə, dializ qəbul edən xəstələrin həyat tərzində heç bir qeyri-adi dəyişiklər olunmasına ehtiyac yoxdur. Xəstələr ağır fiziki işləri istisna olmaqla əmək fəaliyyətlərini davam edə bilərlər. 

- Dializ xəstələri övlad sahibi ola bilər?

- Əfsuslar olsun ki, dializ qəbul edən xanımların hamilə qalma ehtimalı çox aşağıdır və olduğu halda isə ciddi fəsadlaşma ehtimalı da çox yüksəkdir. Sağlam övlad sahibi olmaq yalnız böyrək transplantasiyadan sonra mümkün olur. Transplantasiya olunan xanımlarda hamilə qalmaq və ana olmaq şansları böyrək xəstəliyi olmayan xanımlar ilə demək olar ki, eynidir. Böyrək transplantasiya əməliyyatından bir il gözləmə müddətindən sonra qəbul olunan preparatlarda dəyişiklər olunur və hamiləlik planlanır. 

- Son zamanlar bizim ölkədə böyrək xəstəliyi olan insanların artdığı müşahidə olunur. Bu nə ilə əlaqəlidir? 

- Böyrək xəstəliyi olan insanları artması nəinki bizdə, həmçinin dünyada da müşahidə olan bir tendensiyadır. Bu ilk növbədə şəkərli diabeti və yüksək arterial təzyiqi olan xəstələrin artımı ilə bağlı ola bilər. Digər tərəfdən isə, xəstələrin artması hemodializ müalicəsi alan xəstələrin artımı ilə əlaqələndirilir. Halbuki dializ xəstələrin artması yalnız böyrək xəstələrin artması ilə deyil, dializ qəbul edən xəstələrin əvvəlki illərlə müqayisədə daha uzun ömürlü olması ildən-ilə sayların artmasına ilə də əlaqəlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14
Həddindən artıq yuxu bu xəstəliyə  səbəb olur

Həddindən artıq yuxu bu xəstəliyə səbəb olur

25 iyul 2024 , 19:46