Biz niyə ərik yeməliyik? – Bilmədiyimiz FAYDALAR
25 iyun 2022 14:36 (UTC +04:00)

Biz niyə ərik yeməliyik? – Bilmədiyimiz FAYDALAR

Ərik kaliumla zəngindir. Kalium ürəyimizin ən sevimli mikroelementidir.

Bu səbəbdən ürəyin fəaliyyətində pozulmaları olan insanlar bu meyvəni hər gün yeməlidir: yayda - təzə ərik, qışda isə - ərik qurusu. Yeri gəlmişkən, ərik qurusunun tərkibində kalium daha çoxdur. Lakin nəzərə alın ki, ərik qurusu şəkərlə də zəngindir.

Lent.az kalium hipertoniyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir. Kalium orqanizmi artıq mayedən azad edir ki, bunun nəticəsində ürəyin və böyrəklərin fəaliyyəti yaxşılaşır.

Kaliumla yanaşı ərik maqnezium və fosforla da zəngindir. Bu maddələr beyində gedən mübadilə prosesləri, yaddaşı və diqqəti yaxşılaşdırır.

Ərikdə yod və dəmirin miqdarı da çoxdur. Yod qalxanvari vəzi xəstəliklərinin profilaktikasıdır, insanın intellektini yaxşılaşdırır. Dəmir isə anemiyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir.

Ərik pektinlə də zəngindir. Bu xeyirli birləşmə orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər, azad radikallar) təmizləyir.

Ərik A vitamininə görə meyvələr arasında əsl çempiondur. Bu vitamin immuniteti və görməni yaxşılaşdırır. Elmdə sübut olunub ki, əriyin müntəzəm istehlakı insan orqanizmini xərçəng şişlərdən qoruyur.

Ərik uşaqlar üçün çox xeyirlidir. Əriyin tərkibində olan xeyirli maddələr uşaqlarda boyatma prosesləri stimullaşdırır.

Ərik qəbizlikdən əziyyət çəkən insanlar üçün də çox xeyirlidir. Qəbizliklə mübarizədə həm təzə, həm də quru ərikdən istifadə etmək olar.

Kosmetologiyada da ərikdən çox geniş istifadə olunur. Əriyin dəriyə olan cavanlaşdırıcı təsiri çoxdan sübut olunub. Əriyin əsasında kosmetik kremlər və maskalar istehsal olunur.  Əriyin tumları bir çox skrablara daxildir.

Ev şəraitində ərikdən çox təsirli cavanlaşdıran maskalar hazırlamaq olar. Bunun üçün bir neçə dəymiş ərik 1 çay qaşığı qaymaqla qarışdırılır və dəriyə çəkilir. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4134
avatar

Oxşar yazılar