Bill Klinton  koronavirusa yoluxdu
01 dekabr 2022 12:50 (UTC +04:00)

Bill Klinton koronavirusa yoluxdu

ABŞ-ın keçmiş prezidenti koronavirusa yoluxduğunu deyib.

“Xəstəliyin cüzi əlamətləri var və özümü, ümumiyyətlə, yaxşı hiss edirəm”, - Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə o, “Twitter”də yazıb.

“COVID üçün testim müsbət çıxdı. Əlamətləri cüzidir, lakin ümumilikdə özümü yaxşı hiss edirəm və evdən iş görürəm”, - Klinton yazıb.

O, həmçinin koronavirusa qarşı tam peyvənd olunduğunu və peyvəndin gücləndirici dozasını aldığını açıqlayıb və izləyicilərini "xüsusilə qış aylarına girdiyimiz zaman eyni şeyi etməyə" çağırıb.
 

# 2109
avatar

Oxşar yazılar