Bayramda aldığımız kiloları necə verək? –  MÜTƏXƏSSİS AÇIQLADI
27 mart 2024 17:05 (UTC +04:00)

Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI

Novruzda hər birimizin bayram süfrəsini növbənöv şirniyyatlar, milli yeməklərimiz bəzəyir. Bayramda bolluca paxlava, şəkərbura, qoğal, badambura və saymaqla bitməyən şirniyyatlardan yeyib, kefini çıxartdıq. Lakin bayramda qida rejimi pozulduğuna görə, bu orqanizmdə müəyyən fəsadların yaranmasına səbəb ola bilər.

Maraqlıdır, bəs, bayramdan sonra necə qidalanmalıyıq?

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, bayram günmlərində qida rejimi pozulduqda, xüsusilə yemək yemə saatları dəyişdikdə orqanizmdə həzm problemləri yaranır və maddələrdə mübadiləsi pozulur.

Onun sözlərinə görə, bunu bərpa etmək üçün daha tez həzm olunan, kalori miqdarı aşağı olan qidalara üstünlük vermək lazımdır:

“Qida miqdarı isə mütləq şəkildə orqanizmin günlük fiziki aktivliyinə, yaşa və cinsə görə planlaşdırılmalıdır. Səhər yeməklərində daha çox süd məhsulları və  yumurta istehlak etmək lazımdır. Axşam isə qızartma, ağır yağlı və duzlu qidalardan uzaq durmaq vacibdir. Eyni zamanda qəbul edilən su miqdarı da çox önəmlidir. Çünki su qəbul olunmuş artıq çəkini, həzm sistemində yaranan problemləri aradan qaldırır. Gün ərzində 7-8 stəkan su içmək lazımdır. Axşam saatlarında ağır qida istehlak etmək olmaz. Bunun yerinə tez həzm olunan yüngül qidalara üstünlük vermək lazımdır. Mümkün qədər şirniyyatlardan uzaq durmaq lazımdır. Əgər istehlak edilsə, mütləq günün birinci yarısında 150 qramdan çox olmamaq şərtilə istehlak edilsə, daha faydalı olar və enerjiyə çevrilər”.

# 2856
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Qaynadılmış yumurtanı  axşam yeməyin   FAYDALARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

6 may 2024 , 19:58
Səhər bu qidanı  yeməyin, yoxsa...

Səhər bu qidanı yeməyin, yoxsa...

6 may 2024 , 18:52
Yalnızlıq  ölüm riskini   artırır

Yalnızlıq ölüm riskini artırır

6 may 2024 , 18:30
Bu qidaları hər gün  yemək olmaz

Bu qidaları hər gün yemək olmaz

6 may 2024 , 17:57
Nadir  göz xərçənginin   müalicəsinin YENİ ÜSULU

Nadir göz xərçənginin müalicəsinin YENİ ÜSULU

6 may 2024 , 17:46
Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

6 may 2024 , 15:34
 İnci arpasını   kimlər yeməməlidir?

İnci arpasını kimlər yeməməlidir?

6 may 2024 , 14:06
Tez-tez şirniyyat istəyənlərin  DİQQƏTİNƏ – Həkim danışdı

Tez-tez şirniyyat istəyənlərin DİQQƏTİNƏ – Həkim danışdı

6 may 2024 , 13:22