Azərbaycanda "Omicron"  ştammı aşkarlanıbmı? - CAVAB
29 noyabr 2021 11:01 (UTC +04:00)

Azərbaycanda "Omicron" ştammı aşkarlanıbmı? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu yeni ştamın ölkədə aşkarlanması ilə bağlıdır.

"Omicron” adı verilən yeni ştammın əlamətlərinin yüngül olduğu deyilir. Əlamətləri isə güclü yorğunluq, sürətli ürək döyüntüsü, yüksək hərarətdir.

Bəs, yeni ştamm Azərbaycanda aşkarlanıbmı?

Bu sualı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev cavablandırıb.

O bildirib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb:

“Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Bu yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb”.

# 1734
avatar

Aytəkin Cəlali

Oxşar yazılar