Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (24-30 iyul) 17 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 832 021 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 714 nəfər müalicə olunaraq sağalıb, 10 290 nəfər vəfat edib, aktiv xəstə sayı 17 nəfərdir.
Ölkədə son həftə ərzində 2 624, hazırkı dövrədək isə 7 661 376 test aparılıb.