Azərbaycanda daha 4 nəfər   COVID-dən öldü
07 yanvar 2023 17:05 (UTC +04:00)

Azərbaycanda daha 4 nəfər COVID-dən öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni 120 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816382 nəfər müalicə olunaraq sağalıb, 10017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir.

Ölkədə son sutka ərzində 2459, hazırkı dövrədək isə 7441759 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar