Azərbaycanda bu gün COVID-19-dan ölən olmayıb
03 noyabr 2022 20:16 (UTC +04:00)

Azərbaycanda bu gün COVID-19-dan ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 154 nəfər müalicə olunaraq sağalıb, 9951 nəfər vəfat edib, aktiv xəstə sayı 313 nəfərdir.

Ölkədə son sutka ərzində 1 957, hazırkı dövrədək isə 7 327 421 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Oxşar yazılar