Avropada ölümcül xəstəlik  yayıldı
02 sentyabr 2023 18:28 (UTC +04:00)

Avropada ölümcül xəstəlik yayıldı

Polşada leqionelezz adlı ölümcül xəstəlik yayılıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə ölkənin sanitar epidemioloji xidmətinin rəhbəri məlumat verib.

O bildirib ki, ölkədə sözügedən xəstəlikdən əziyyət çəkənlərin sayı 158-ə çatıb. Bu günə qədər infeksiyadan18 nəfər ölüb. Onların yarısı qadın, yarısı kişidir. Xəstəlik əsasən 50 yaşdan yuxarı insanlar üçün ölümcül nəticələr verir. Mütəxəssislər xəstəliyin su xətləri vasitəsilə yayıldığını ehtimal edirlər.

Leqionellez ağciyərlərin iltihabi xstəliyidir. Virus orqanizmə yayıldıqdan sonra əsəb sistemini məhv edir. İnsandan insana yoluxma faktı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar